Kritik İT infrastrukturunuz üçün etibarlı, təhlükəsiz və miqyaslana bilən data mərkəzləri layihələndirir, qurur və modernləşdiririk. Tələblərin təhlilindən avadanlıq seçimi, enerji və soyutma sistemləri, şəbəkə inteqrasiyası və istismara verilənədək bütün mərhələləri vahid məsuliyyət çərçivəsində idarə edirik.
Biznes, İT yükü və dayanıqlılıq tələblərini təhlil edir, mövcud və ya yeni data mərkəzi üçün memarlıq, zonalaşdırma, enerji, soyutma, şəbəkə və təhlükəsizlik həllərini layihələndiririk.
Cari ehtiyacları və inkişaf proqnozunu nəzərə alaraq server, saxlama, şəbəkə, UPS, generator, soyutma və monitorinq avadanlıqlarının optimal konfiqurasiyasını müəyyənləşdiririk.
Rəflərin, kabel infrastrukturunun, enerji, iqlim, təhlükəsizlik və İT sistemlərinin quraşdırılmasını, sınağını və vahid idarəetmə mühitinə inteqrasiyasını həyata keçiririk.
Fasilələri minimuma endirən mərhələli keçid planı ilə köhnəlmiş infrastrukturu yeniləyir, tutumu artırır və sistemlərin dayanıqlı istismarı üçün monitorinq və texniki dəstək təqdim edirik.
Data mərkəzlərinin TIER və ISO beynəlxalq standartlarının tələblərinə uyğunluğunu qiymətləndirir, boşluqların təhlili aparır, texniki və əməliyyat sənədlərini hazırlayır, audit və sertifikatlaşdırma prosesini koordinasiya edirik. İnfrastrukturun dayanıqlılığı, informasiya təhlükəsizliyi, əməliyyat idarəetməsi və xidmət davamlılığı üzrə tələb olunan təkmilləşdirmələri planlaşdırırıq.