Kibertəhlükəsizlik

Müasir dövrdə informasiya ən dəyərli aktivlərdən biridir. Bu aktivin itirilməsi və ya dəyişdirilməsi nüfuz, maliyyə və hüquqi risklər yaradır. Son dövrlərdə kiber təhdidlərin davamlı artması məlumatların, informasiya sistemlərinin və rəqəmsal infrastrukturun etibarlı qorunmasını hər bir dövlət qurumu və biznes subyekti üçün əsas prioritetə çevirib. Biz potensial riskləri vaxtında müəyyən edən, kiberhücumların qarşısını alan və fəaliyyətinizin fasiləsizliyini təmin edən kompleks kibertəhlükəsizlik həllərini vahid yanaşma əsasında birləşdirərək bütöv və idarəolunan təhlükəsizlik ekosistemi qururuq.

Yanaşma

Kibertəhlükəsizlik xidməti üzrə yanaşmamız

Kiber təhlükəsizlik üzrə xidmətlərimiz

İnformasiya aktivlərini qorumaq üçün risklərin qiymətləndirilməsindən müdafiə və monitorinq sistemlərinin qurulmasına, eləcə də kibergigiyena tədbirlərinə qədər kompleks yanaşma tətbiq edirik. Hər bir həlli mövcud infrastruktur, biznes prosesləri və təşkilatın təhlükəsizlik tələbləri əsasında planlaşdırırıq.
Audit

Audit

İnformasiya sistemlərində və şəbəkə infrastrukturunda potensial zəiflikləri müəyyənləşdirir, razılaşdırılmış əhatə dairəsində penetrasiya testləri aparırıq. Aşkarlanmış boşluqları risk səviyyəsinə görə prioritetləşdirir, müvafiq standartların tələblərini nəzərə alan və aradan qaldırma tədbirlərini əks etdirən hesabat hazırlayırıq.
Müasir müdafiə texnologiyaları

Müasir müdafiə texnologiyaları

Threat Intelligence, XDR və PAM həllərini təşkilatın mövcud təhlükəsizlik arxitekturasına uyğun şəkildə inteqrasiya edirik. Bu yanaşma təhdid məlumatlarının zənginləşdirilməsinə, təhlükəsizlik hadisələrinin əlaqəli təhlilinə və imtiyazlı girişlər üzərində mərkəzləşdirilmiş nəzarətin qurulmasına imkan verir.
Şəbəkə təhlükəsizliyi

Şəbəkə təhlükəsizliyi

Firewall, WAF, Sandbox və Mail Gateway həllərini şəbəkə arxitekturası və risk profili əsasında seçir, konfiqurasiya və inteqrasiya edirik. Trafikin, veb tətbiqlərin, elektron poçtun və şübhəli faylların müxtəlif müdafiə səviyyələrində yoxlanılması üçün vahid təhlükəsizlik yanaşması formalaşdırırıq.
Monitorinq sistemləri

Monitorinq sistemləri

SIEM və Log Management həlləri vasitəsilə müxtəlif mənbələrdən daxil olan təhlükəsizlik jurnallarını mərkəzləşdirilmiş qaydada toplayır və korrelyasiya edirik. DLP ilə həssas məlumatların hərəkətinə nəzarət edir, NLP əsaslı təhlil vasitəsilə mətn məzmununda riskli nümunələri müəyyənləşdiririk. Hadisə və anomaliyaların vaxtında aşkarlanması üçün monitorinq ssenarilərini biznes mühitinə uyğunlaşdırırıq.
Kibergigiyena

Kibergigiyena

Təşkilatın risklərini və iş proseslərini nəzərə alaraq informasiya təhlükəsizliyi siyasətləri, prosedurları və praktiki qaydalar hazırlayırıq. İstifadəçilər üçün vəzifə və məsuliyyətlərinə uyğun təlimlər keçirir, gündəlik fəaliyyətdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına dəstək veririk.