Süni İntellekt texnologiyalarının inteqrasiyası üzrə xidmətlərimiz

Biz süni intellekti sadəcə ayrıca bir alət kimi deyil, mövcud proseslərinizə və informasiya sistemlərinizə uyğun işləyən praktik həll kimi qururuq. Ehtiyacın qiymətləndirilməsindən modelin hazırlanmasına, inteqrasiyaya və sonrakı dəstəyə qədər bütün mərhələləri vahid komanda ilə həyata keçiririk.

Biznesinizin iş prinsiplərinə uyğun süni intellekt həlləri

Biz mürəkkəb proseslər, müxtəlif məlumat mənbələri və həssas informasiyalarla işləyən təşkilatlar üçün texniki tərəfdaş kimi çıxış edirik. Süni intellekt həllərini mövcud iş axınlarına uyğun layihələndirir, ölçülə bilən nəticə verən nöqtələrdə tətbiq edir və onları istifadə etdiyiniz sistemlərlə təhlükəsiz şəkildə inteqrasiya edirik.
Biznesinizin iş prinsiplərinə uyğun süni intellekt həlləri

Süni intellekt proqram təminatının hazırlanması üzrə xidmətlər

Layihələrin icrası zamanı model və prototiplə kifayətlənmirik. Biznes tələbinin təhlilindən məlumatların hazırlanmasına, tətbiqin qurulmasına və istehsal mühitində davamlı idarə edilməsinə qədər tam dövrü əhatə edən süni intellekt həlləri təqdim edirik.
Süni intellekt üzrə konsaltinq

Süni intellekt üzrə konsaltinq

Biznes məqsədlərinizi, proseslərinizi və mövcud məlumat mühitini birlikdə qiymətləndiririk. Süni intellektin real fayda verəcəyi istifadə ssenarilərini prioritetləşdirir, texniki mümkünlüyü, riskləri və gözlənilən nəticələri nəzərə alan mərhələli tətbiq planı hazırlayırıq.
AI modellərinin hazırlanması, tətbiqi və inteqrasiyası

AI modellərinin hazırlanması, tətbiqi və inteqrasiyası

Tapşırığın xüsusiyyətinə uyğun hazır modellərdən istifadə edir, onları təşkilatınızın məlumatları ilə təkmilləşdirir və ya xüsusi model hazırlayırıq. Modeli mövcud ERP, CRM, portal və digər sistemlərə inteqrasiya edir, sınaqdan keçirir və istismar mühitinə təhlükəsiz şəkildə çıxarırıq.
Süni intellekt əsaslı tətbiqlərin hazırlanması

Süni intellekt əsaslı tətbiqlərin hazırlanması

Müştəri xidməti, proqnozlaşdırma, sənəd emalı, daxili axtarış və qərar dəstəyi kimi ehtiyaclar üçün xüsusi veb və mobil tətbiqlər hazırlayırıq. İstifadəçi təcrübəsi, təhlükəsizlik və mövcud sistemlərlə uyğunluq həllin ilk mərhələsindən nəzərə alınır.
Məlumatların klasterizasiyası

Məlumatların klasterizasiyası

Modelin etibarlı işləməsi üçün məlumat mənbələrini birləşdirir, məlumatları invertarizasiya edir və təmizləyir, strukturlaşdırır, keyfiyyətini yoxlayırıq. Yetərli məlumat olmadıqda məxfilik və biznes qaydaları nəzərə alınmaqla sintetik məlumat ssenarilərini də qiymətləndiririk.
PoC və MVP hazırlanması

PoC və MVP hazırlanması

Böyük həcmli investisiyadan əvvəl ideyanın işləkliyini qısa mərhələdə yoxlayırıq. PoC və ya MVP vasitəsilə əsas fərziyyələri real məlumat və ölçülə bilən göstəricilər üzrə sınaqdan keçirir, tammiqyaslı tətbiq üçün əsaslandırılmış qərar verməyə kömək edirik.
AI çatbot və virtual assistentlərin hazırlanması

AI çatbot və virtual assistentlərin hazırlanması

Sadə sual-cavab botlarından daha geniş imkanlara malik, sənədlər və korporativ məlumat bazaları ilə işləyən virtual assistentlər hazırlayırıq. RAG, dil modelləri və ERP/CRM inteqrasiyaları vasitəsilə müraciətlərin emalı, əməkdaş dəstəyi və xidmət prosesləri avtomatlaşdırılır.