İnsan resurslarının vahid rəqəmsal idarəetmə sistemi
HRM 360 əməkdaşların idarə olunması, əmək haqqının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanması, şəxsi kabinet və digər əsas HR proseslərini vahid rəqəmsal mühitdə birləşdirən kompleks insan resurslarının idarəetmə sistemidir. Platforma gündəlik əməliyyatları avtomatlaşdırır, məlumatların mərkəzləşdirilmiş idarə olunmasını təmin edir və HR proseslərini daha çevik, şəffaf və nəzarətolunan edir.
Müxtəlif təşkilati strukturlara uyğunlaşdırıla bilən HRM 360 artıq bir sıra dövlət qurumlarında və özəl sektorda istifadəyə verilib. Geniş inteqrasiya imkanları sayəsində sistem təşkilatın daxili informasiya resursları və dövlət informasiya sistemləri ilə rahat inteqrasiya olunur.
Modullar
Niyə HRM 360?
Fraqmentlənmiş məlumatları vahid sistemdə birləşdirir
Əməkdaş məlumatları, sənədlər və hesablamalar bir çox halda fərqli fayl və sistemlərdə saxlanılır. HRM 360 bu məlumatları vahid platformada birləşdirərək onların mərkəzləşdirilmiş, strukturlaşdırılmış və operativ idarə olunmasını təmin edir.
İnsan amilindən qaynaqlanan səhvləri minimuma endirir
HRM 360 HR əməliyyatlarını və hesablamaları avtomatlaşdıraraq səhv riskini azaldır, proseslərin dəqiqliyi və etibarlılığına zəmin yaradır.
Complayens riskini aradan qaldırır
Əmək qanunvericiliyində baş verən dəyişikliklər sistemdə dərhal tətbiq edilir. Nəticədə HR və maliyyə əməliyyatlarının aktual tələblərə uyğun aparılmasını təmin edir.
İdarəetmədə şəffaflığı artırır
Bütün proseslərin tam elektron qaydada aparılması, həm əməkdaşlar həmdə rəhbərlik üçün üçün aydın və şəffaf iş mühiti yaradırr.
Platformanın əsas üstünlükləri
Əməkdaş məlumatları
- Şəxsi işlər
- Əmək müqavilələri
- Ailə tərkibi
- Əmək kitabçası
- Əməkhaqqı tarixçəsi
- Məzuniyyət qalıqları
- Davamiyyət
- Tabel məlumatları
Avtomatik hesablamalar
- Əməkhaqqı
- Məzuniyyət
- Ezamiyyə
- Bonuslar
- Xəstəlik vərəqələri
- Vergilər, aliment və digər tutulmalar
- Həyat yığım sığortası
Hesabatların avtomatik generasiyası
- Bütün dövlət qurumlarına göndərilən hesabatlar
- 100-dən artıq daxili hesabat növləri
- İFRS 19 hesabatı
- Vidjet və diaqramlar
- Müstəqil hesabat konstruktoru
- EXCEL formatında export
Kağızsız ofis
- Şablonlar
- Sənədlərin elektron dövriyyəsi
- SİMA rəqəmsal imza
- Avtomatik emal olunan sənədlər
- Bank müxabirləşmələri
İnteqrasiyalar
Active Directory
Mail Server
Bank Sistemləri
REST APİ
Dövlət informasiya sistemləri
SİMA İmza
ESD
Google Calendar
Turniket Sistemləri
Daxili informasiya sistemləri
Rəqəmsal transformasiya
SİMA rəqəmsal imza
Bütün daxili sənədlərin SİMA rəqəmsal imza ilə imzalanması.
Avtomatik generasiya olunan hesabatlar
Bütün dövlət qurumlarına təqdim olunan və daxili hesabatların sistem tərəfindən avtomatik generasiyası
İş axınları
Kadrların idarəolunması, əməkhaqqı və digər hesablamalar üzrə bütün emalın vahid sistemdə cəmləşməsi
Məlumatların qorunması
Qanunvericilik və standartlara uyğunluq
HRM 360 Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun tələbləri və fərdi məlumatların qorunması sahəsində qəbul olunmuş beynəlxalq standartlar nəzərə alınaraq layihələndirilib.
Sınaqlarla təsdiqlənmiş təhlükəsizlik
HRM 360 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılmış təhlükəsizlik sınaqlarından uğurla keçib və Nazirliyin tabeli qurumlarında istifadəsinə icazə verilib. Sistem, həmçinin bu sahədə fəaliyyət göstərən özəl təşkilatlar tərəfindən aparılmış təhlükəsizlik sınaqlarını da uğurla keçib.
Lisenziya
inCore MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi” fəaliyyəti üzrə verilmiş xüsusi lisenziyaya malikdir.
Vacib amillər
Öz məhsulumuz, öz komandamız
"HRM 360"-ın hazırlanması, inkişafı və texniki dəstəyi tam şəkildə inCore-un öz mütəxəssis komandası tərəfindən həyata keçirilir.
Real istifadədə olan sistem
"HRM 360" artıq bir sıra dövlət qurumları və özəl şirkətlər tərəfindən real iş proseslərində istifadə olunur.
Çevik inteqrasiya
"HRM 360" mövcud İT infrastrukturunuzla uyğunlaşır, daxili və dövlət informasiya sistemləri ilə çevik inteqrasiya imkanları yaradır.
Yerli dəstək
"HRM 360"-ın tətbiqi, istismarı və inkişafı mərhələlərində inCore komandası tərəfindən birbaşa texniki dəstək göstərilir.